Nailiyyətlərimiz

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən təşəkkür məktubu"Oxu günü" tədbirində yüksək səviyyədə iştiraka, göstərdiyi xidmətə və fəallığa görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri cənab Rəşad Tağıyev məktəb rəhbərliyi başda olmaqla, müəliim və şagird kollektivinə yazılı şəkildə öz təşəkkürünü bildirmişdir.

"Həq mənəm, həq məndədir, həq söylərəm" adlı bədii qiraət müsabiqəsiAzərbaycan Respublikası Təhsil Nazirliyi və 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi munasibəti ilə keçirilən "Həq mənəm, həq məndədir, həq söylərəm" adlı bədii qiraət müsabiqəsində fəal istirakına görə məktəbin 8"D" sinif şagirdi Hüseynli Aytən diplomla təltif olunmuşdur.

Sərbəst Güləş üzrə I yerMəktəbin 4 "C" sinif şagirdi 2009 - cu il təvəllüdlü İbrahimov Əli Eldəniz oğlu Sərbəs Güləş üzrə bir sıra nailiyyətlər əldə etmiş, diplom, medal və sertifikatlarla təltif edilmişdir. 27.05.2018 - ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin 28 may Respublika gününə həsr olunmuş yeniyetmələr arasında keçirilən sərbəs güləş üzrə turnirdə I yer, 11.08.2018- ci il tarixdə Sərbəst Güləş üzrə yeniyetmələr arasında Arpaçay Açıq Birinciliyində 26 kq çəki dərəcəsində I yer, 21.10.2018-ci il tarixində keçirilən yarışda Çempion idman klubunun Açıq Birinciliyində I yer, 22.12.2018 - ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Sərbəst Güləş üzrə 29 kq çəki dərəcəsində Gladiator idman klubunun Açıq Birinciliyində I yer, 13.01.2019 – cu ildə 20 Yanvar Şəhidlər günü və 09.12.2018 – ci il tarixdə 31 dekabr Həmrəylik günü münasibətilə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin yeniyetmələr və kadetlər arasında keçirilən Açıq Birinciliydə I yer, 20 Yanvar Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Sərbəst Güləş üzrə yeniyetmələr arasında Mehdiabad qəsəbəsi Açıq Birinciliyində 23 kq çəki dərəcəsində III yer, 23.02.2019 – cu ildə “5 mart Gənclər və İdman” günü münasibətilə Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindənməktəblilər arasında təşkil olunmuş “Sərbəst Güləş” turnirində II yer, 26.03.2019 – cu il tarixdə kiçik yaşlı yeniyetmələrin inkişafı uğrunda keçirilən yarışda 29 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.

HAQQIMIZDA

     Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-c&...

BİZİM FƏXRLƏRİMİZ

Vüsal Abbasov İlham

Əminəxatun İsgəndərova Saməddin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi