Nailiyyətlərimiz

Bakı şəhər Birinciliyində III yerMəktəbin "6 B" sinif şagirdi Cəfərzadə Mənsurə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Cüdo üzrə yarışda 36 kq çəki dərəcəsində Bakı şəhər Birinciliyində III yerə layiq görülmüş, diplom və medalla təltif edilmişdir.

Cüdo idman növüMəktəbin şagirdi 2008-ci il təvəllüdlü Nəcəfli Nicat Nəcəf oğlu Cüdo idman növü üzrə 38 kq çəki dərəcəsində bir sıra nailiyyətlər əldə etmiş, diplom, sertifikat, kubok və medallarla təltif edilmişdir. Nicat idmanla yanaşı həm də kamança musiqi alətində də ifa etməyi bacarır. Nicat, 26.02.2017 - ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2007-2008- ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda 38 kq çəki dərəcəsində I yer, 04.06.2017- ci ildə "Təhsil" Respublika İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər İdman Məktəbi tərəfindən təşkil olunmuş yarışda 42 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür. O, 28.10.2017 - ci ildə Cüdo üzrə "Ruslan" İdman Sağlamlıq Mərkəzinin Açıq birinciliyində 2008 - 2009 - cu il təvəllüdlü cüdoçular arasında 38 kq çəki dərəcəsində I yer, 28.01.2018 - ci ildə Ağ-At idman kompleksinin açıq birinciliyində 34 kq çəki dərəcəsində I yer, 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr gününə həsr olunmuş Cüdo üzrə Xəzər rayon açıq birinciliyində kiçik yeniyetmələr arasında 46 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.

Məntiq Olimpiadasında qızıl medalMəktəbin şagirdi 2006-cı il təvəllüdlü Mehdiyev Yusif Musa oğlu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasında qızıl medala layiq görülmüşdür.

HAQQIMIZDA

     Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-c&...

BİZİM FƏXRLƏRİMİZ

Mirbala Qafarov Abı

Məzahir Məmmədli Mais

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi