Nailiyyətlərimiz

"Qarabağ Azərbaycandır!" adlı intellektual müsabiqədə məktəbimizin şagirdi fərqlənibŞagirdlərdə vətənpərvərlik, Vətənə məhəbbət hissinin formalaşmasının ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Vətənpərvərlik hissinin gənclərə aşılanması təlim - tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən biridir. Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. 2020 - ci ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən VIII - IX sinif şagirdləri arasında "Qarabağ Azərbaycandır!" adlı intellektual müsabiqə keçirilmişdir. Müsabiqədə məktəbimizi 9 "D" sinif şagirdi Ağayev Nicat Tahir oğlu təmsil edib.Çox sayda iştirakçı məktəblilər arasından Nicat həvəsləndirici yerə layiq görülmüşdür.Bu günlərdə isə BŞTİ rəhbərliyi tərəfindən fərqlənən şagirdlərlə onlayn görüş və onların mükafatlandırılması baş tutmuşdur.

Şagirdimiz videoçarx müsabiqəsində II yerə layiq görülübMəktəbin 9 "D" sinif şagirdi Nuriyeva Nəzrin Habil qızı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən yeniyetmə və gənclər arasında keçirilmiş "Bir neçə dəqiqədə mədəniyyət" adlı videoçarx müsabiqəsində 14 - 25 yaş kateqoriyası üzrə II yerə layiq görülmüş və Diplomla təltif edilmişdir. Şagirdimizi təbrik edirik.

Şagirdimiz BŞTİ-nin təşkil etdiyi "Oxu və əylən" müsabiqəsinin qalibidirMəktəbin 3-cü sinif şagirdi Bəşirova Nigar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi "Oxu və əylən" müsabiqəsində I yerə layiq görülmüşdür. Şagirdimizi və əməyi keçən hər kəsi təbrik edirik..

HAQQIMIZDA

     Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-c&...

BİZİM FƏXRLƏRİMİZ

Elvin Nağılı Səxavət

Arzu İsakova Rəşid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi