Nailiyyətlərimiz

Məktəbimizin direktor müavini Anar Miriyev BŞTİ rəhbərliyi tərəfindən təltif olundu27 may 2021 - ci il tarixdə məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən vətən müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib. Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, qazi müəllimlər və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak edib. Görüş Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 28 may-Respublika Günü münasibətilə qazi müəllimləri təbrik edən BŞTİ müdiri dərslərində Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlərin Vətən Müharibəsində öz keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı zəfərin qazanılmasında iştirak etdiyini və canlı vətənpərvərlik nümunəsi göstərdiyini deyib. Görüş zamanı şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Miriyev Anar Həsənağa oğlu Vətən müharibəsində göstərdiyi igidlik və şücaətinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Təşəkkürnamə ilə təltif edilmişdir.

Məktəbimizin şagirdi onlayn şeir müsabiqəsində III yerə layiq görülübMəktəbin 3 "Ç" sinif şagirdi Əliyev Murad Nizami Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən "Müzəffər Ordumuz! Qalib Ordumuz!" mövzusunda onlayn şeir müsabiqəsində kiçik yaş qrupu üzrə III yerə layiq görülmüş, diplom və hədiyyə ilə təltif olunmuşdur. Şagirdimizi təbrik edirik.

Məktəbimiz BŞTİ tərəfindən təltif edilibBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 24 nəfər məktəb direktoru Fəxri Fərmanla təltif edilib. BŞTİ-nin müdiri Mehriban Vəliyeva təltif olunan məktəb direktorlarını təbrik edib, təhsil sahəsində aparılan islahatlardan, qazanılmış uğurlar və perspektiv məsələlərdən, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən söz açıb. İdarə müdiri tədrisin təşkilində məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. M.Vəliyeva təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, gənc nəslin bilikli, vətənpərvərlik və azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını ifadə edib. BŞTİ müdiri təltif olunan təhsil işçilərinə səmərəli fəaliyyətlərinə, təhsilin inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirib, onlara işlərində uğurlar arzulayıb. Məktəb direktorlarına Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub. Təltif olunmuş şəxslər öz növbəsində onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib və bundan sonra da təhsil sahəsindəki uğurların artacağına əminliklərini ifadə ediblər.Təltif olunanlar arasında məktəbimizin direktoru Rahim müəllim də var.Təbrik edirik, Rahim müəllimə və kollektivimizə uğurlar arzulayırıq.

HAQQIMIZDA

     Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-c&...

BİZİM FƏXRLƏRİMİZ

Aytən Əliyeva Mübariz

Alpər Nəsibov Elmidar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi