Nailiyyətlərimiz

Balaca CüdoçuMəktəbin şagirdi 2007-ci il təvəllüdlü İsmayılzadə Musa Ruslan oğlu Cüdo güləşi üzrə 20-30 kq çəki dərəcəsində bir çox nailiyyətlər əldə etmiş, diplom, sertifikat və medallarla təltif edilmişdir. Musa, 15.11.2015-ci ildə yeniyetmələr arasında Lokomativ İdman Sağlamlıq Mərkəzinin açıq birinciliyində 21 kq çəki dərəcəsində III yer, 19.03.2016-cı ildə Maştağa Olimpiya İdman Mərkəzinin "Novruz bayramı"na həsr olunmuş açıq birinciliyində 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında 24 kq çəki dərəcəsində III yer, 01.05.2016-cı ildə yeniyetmələr arasında keçirilən Heydər Əliyevin 93 illik xatirəsinə həsr edilmiş Lokomativ İ.S.M-ın yoldaşlıq turnirində 24 kq çəki dərəcəsində III yer, 25.12.2016-cı ildə Qarabağ döyüşlərində qəhrəmancasına döyüşüb şəhid olmuş Pərviz Əliyevin xatirəsinə həsr olunmuş "CÜDO" yoldaşlıq görüşündə 24 kq çəki dərəcəsində I yer, 05.02.2017-ci ildə Cüdo güləşi üzrə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş Moderin İdman Məktəbinin açıq birinciliyində 27 kq çəki dərəcəsində III yer, 06.05.2017-ci ildə 9 may "Qələbə günü"nə həsr olunmuş yarışda 24 kq çəki dərəcəsində II yer, 27.05.2017-ci ildə 28 may Respublika gününə həsr olunmuş Cüdo üzrə Bakı şəhər birinciliyində 24 kq çəki dərəcəsində II yer, 30.07.2017-ci ildə Cüdo üzrə "RUSLAN" İ.S.M. Açıq birinciliyində 2006-2007-ci il təvəllüdlü cüdoçular arasında 24 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.

Balaca Cüdoçunun uğuruMəktəbin şagirdi 2008-ci il təvəllüdlü Çərkəzov İsmayıl Seymur oğlu Cüdo üzrə 20-25 kq çəki dərəcəsində bir sıra nailiyyətlər əldə etmiş, diplom, sertifikat və medallarla təltif edilmişdir. İsmayıl, 09.04.2016-cı ildə Cudo üzrə "RUSLAN" İ.S.M. açıq birinciliyində 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 22 kq çəki dərəcəsində I yer, 30.07.2016-cı ildə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən "RUSLAN" İdman Sağlamlıq Mərkəzinin açıq birinciliyində 2008-2009-cu il təvəllüdlü cüdoçular arasında 21 kq çəki dərəcəsində I yer, 06.11.2016-cı ildə Olimp İdman Klubunun açıq birinciliyində 24 kq çəki dərəcəsində III yer, 26.02.2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən 2007-2008-ci il təvəllüdlü cüdoçular arasında 24 kq çəki dərəcəsində III yer, 28.10.2017-ci ildə cüdo üzrə 2009-cu il təvəllüdlü çüdoçular arasında 27 kq çəki dərəcəsində I yer, 19.11.2017-ci ildə Ramanı İdman Sağlamlıq Mərkəzinin açıq birinciliyində 2007-2008-ci il təvəllüdlü idmançılar arasında 24 kq çəki dərəcəsində I yer, 04.06.2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirilyi tərəfindən keçirilən yarışda 24 kq çəki dərəcəsində III yerə layiq görülmüşdür.

Ən yaxşı yarımmüdafiəçiMəktəbin şagirdi 2008-ci il təvəllüdlü Kərimov Vüsal Elxan oğlu futbol sahəsində bir çox nailiyyətlər əldə etmişdir. Vüsal, 21.10.2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İdman nailiyyətlərinə görə I yer və "Ən yaxşı yarımmüdafiəçi" adına layiq görülmüş, Fəxri Fərmanla təltif edilmişdir. 30.12.2015-ci ildə "Təhsil" RİM İOEUG Futbol Məktəbinin keçirtdiyi "Dünya Azərbaycanlılarının Həmrəylik günü" nə həsr olunmuş 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında Mini - futbol üzrə turnirdə I yer, 01.07.2016-cı ildə "Təhsil" RİM İOEUG Futbol Məktəbinin 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında keçirtdiyi "Silahlı Qüvvələr günü" nə həsr olunmuş Futbol üzrə məktəbin daxili birinciliyində "Ən yaxşı sərrast (bombardir)" adına layiq görülmüş və I yerlə təltif olunmuşdur. 07.07.2016-cı ildə 2007-2008-ci il təvəllüdlü uşaqlardan ibarət komandaların iştirakı ilə keçirilmiş 12-ci "Sabahın ulduzları" paytaxt çempionatında I yer, 2017-ci ildə U-10 liqasında I yer, U-11 liqasında II yer, 15.03.2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Novruz bayramı"na həsr olunmuş turnirdə I yerə layiq görülmüşdür.

HAQQIMIZDA

     Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüs&uum...

BİZİM FƏXRLƏRİMİZ

Nərgiz Həsənova Ramiz

Orxan Əlizadə Namət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi