Nailiyyətlərimiz

"Sağlam Təhsil- Sağlam Millət"Azərbaycan Respublikası Təhsil Nazirliyi və Milli Təhsil Texnologiyaları Mərkəzilə birgə keçirdikləri "Sağlam Təhsil- Sağlam Millət" layihəsi çərçivəsində "Sağlam Təhsil" siniflərinin oğlanları arasında turnikdən dartınma üzrə idman yarışı keçirilib. Bu yarışda 1"b" sinif şagirdi Qubadov Aqil III yer tutaraq hədiyyə və "Diplom"la təltif edilmişdir.

Lütfi Zadə adına Bakı I Məntiq OlimpiadasıAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən son dövrlərdə aparılan islahatlar, Milli Kurikulum proqramının tətbiqi və proqrama uyğun nəşr olunmuş məktəb dərsliklərinə, TQDK (DİM) və xarici ölkələrdə ali təhsil ocaqlarına aparılan qəbul sistemi tərəfindən qoyulmuş tapşırıqların həllinə nəzər salarkən bir başa məntiqi təfəkkürün və məntiqi yanaşma tələb olunur. Eyni zamanda beynəlxalq olimpiadalar, respublika fənn olimpiadalarında da iştirakçıların uğur qazanması onların məntiqi təfəkküründən də asılıdır. Bu kimi hallar bir daha təsdiqləyir ki, məntiqi təfəkkür, məntiqi çalışma və tapşırıqları həll etmə vərdişləri şagirdlərdə kiçik yaşlardan inkişaf etdirilməlidir. Odur ki, davamlı yarışlar, müsabiqələr və olimpiadaların keçirilməsi bu vərdişlərin formalaşmasına xidmət edir. Nəzərdə tutulmuş “Bakı şəhəri məktəblilərarası I Respublika Məntiq Olimpiadası” bu istiqamətdə atılacaq uğurlu addımlardan biridir. Bunu nəzərə alaraq 2015/2016-cı tədris ilin V-VI siniflər arasında məkdəbdaxili keçirilən Məntiq Olimpiadasınin ilk turun qalibləri Cavad İbrahimli Əbülfəz oğlu, Nihad Əzizov Mehman oğlu, Sakit Ağayev Niyaməddin oğlu, Emin Qavami Faiq oğlu, Emil Məhərrəmli Qəhrəman oğlu, Fatimə Talışxanova Savalan qızı, Nərmin Abbaszadə Məftun qızı növbəti turda iştirak etmək üçün vəsiqə qazanıblar.

Balaca İbrahimin böyük uğurlarıK.Əyyubov adına 12nömrəli tam orta məktəbin 2ç şagirdi Əhmədov İbrahim Zaur oğlu məktəbə ilk qədəm qoyduğu gündən sinif yoldaşları arasında öz bacarığı və istedadı ilə seçilirdi. Elə bunun nəticəsidir ki, balaca İbrahim az müddətə özünü tanıda bildi . O birinci sinfi bitirəndə məktəb müdriyyəti tərəfindən 30 may 2015 – ci ildə “Tərifnamə”, Ulu Öndər H.Əliyevin 92-ci ildönümündə fəal iştirak etdiyi üçün Nizami rayon “Yeni Azərbaycan Partiyası”nın təşkilat sədri Sədaqət Vəliyeva tərəfindən “Diplom”-la, 20 yanvar şəhidlərinin 26-cı ildönümündə YAP tərəfindən keçirilən tədbirdə YAP sədri Sədaqət Vəliyeva tərəfindən “Diplom” la , Azərbaycan Folkloru xalq yaradıcılığı festivalının şeir nominasiyası üzrə I yerin qalibi Fəxri Fərmanı ilə təltif olunmuşdur. Sinif rəhbəri Mehriban Hüseynova İbrahimin bu yüksək naliyyətində böyük dəstəyi olmuşdur.

HAQQIMIZDA

     Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-c&...

BİZİM FƏXRLƏRİMİZ

Aysel Hüseynova Dilavər

Ramilə Qədimli Samir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi