Nailiyyətlərimiz

Pankration idman növüMəktəbin şagirdi 2007-ci il təvəllüdlü Kazımov Həsən Zaur oğlu Pankration idman növü üzrə 9-11 yaşlı uşaqlar arasında 30 kq çəki dərəcəsində naliyyətlər qazanmış, diplom, medal və sertifikatlarla təltif edilmişdir. Həsən, 04.03.2018-ci ildə Pankration idman növü üzrə 30 kq çəki dərəcəsində Açıq Bakı turnirində I yer, 15.04.2018-ci ildə 9-10 yaşlı uşaqlar arsında 30 kq çəki dərəcəsində "1st İnternatıonal Ultımax Baku - Azerbaijan" turnirində I yer, 11.05.2018-ci ildə 10-11 yaşlı uşaqlar arasında 30 kq çəki dərəcəsində Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş turnirdə III yer, 24.06.2018-ci ildə Bakı Çempionatında I yerə layiq görülmüşdür.

Balaca cüdoçuMəktəbin şagirdi 2007-ci il təvəllüdlü Məmmədov Ədib Zeynal oğlu Cüdo güləşi üzrə 38-42 kq çəki dərcəsində bir sıra nailiyyətlər qazanmışdır. Ədib, 19.11.2017-ci ildə Ramanı İdman Sağlamlıq mərkəzinin açıq birinciliyində 38 kq çəki dərəcəsində II yer, 25.11.2017- ci ildə Cüdo güləşi üzrə Qaradağ Gənclər və İdman Klubunun açıq birinciliyində 38 kq çəki dərəcəsində I yer, 24.12.2017- ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Cüdo güləşi üzrə 2007-2008-ci il təvəllüdlü uşaqlar və yeniyetmələr arasında 38 kq çəki dərəcəsində I yer, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş Cüdo üzrə açıq birinciliyində 42 kq çəki dərəcəsində fərqləndiyinə görə I yer, 14.01.2018-ci ildə 20 Yanvar - faciəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş 2007-2008-ci il təvəllüdlü uşaqlar və yeniyetmələr arasında keçirilən DİN-in İdman Cəmiyyətinin birinciliyində 42 kq çəki dərəcəsində I yer, 28.01.2018- ci ildə Ağ-At idman kompleksinin açıq birinciliyində 2006-2007-ci il təvəllüdlü uşaqlar arasında 42 kq çəki dərəcəsində I yer, 25.02.2018 -ci ildə Xocalı faciəsinə həsr olunmuş Cüdo üzrə açıq birinciliyində 42 kq çəki dərəcəsində III yer, 04.03.2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Cüdo güləşi üzrə 2007-2008-ci il təvəllüdlü uşaqlar arasında 42 kq çəki dərəcəsində I yer, 08.04.2018-ci ildə Aprel döyüşçülərinin xatirəsinə həsr olunmuş Pirşağı - Kürdəxanı İdman Kopleksinin açıq birinciliyində 42 kq çəki dərəcəsində III yer tutduğuna görə təltif edilmişdir.

Lütfi Zadə adına Məktəblilərarası II Məntiq OlimpiadasıLütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsində 40 şagirdimiz iştirak etdi. İlk turda uğur əldə edən Ruqiyyə Qurbanova, Afət Həsənova, Rafik Abbasov və Fuad İbrahimli olimpiadanın final mərhələsinə vəsiqə qazandıqlar. Bunlardan Afət Həsənova və Fuad İbrahimli final mərhələdə fəal iştiraklarına görə "Fəxri Fərmanla" təltif edildilər.

HAQQIMIZDA

     Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-c&...

BİZİM FƏXRLƏRİMİZ

Murad Məmmədli Azər

Nəzrin Xəlilova Seymur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi