"SƏRHƏDÇİ" İdman Mərkəzinin "DƏSTƏGÜL" adlı turnirdə.Məktəbin 2ç sinif şagirdi Sürəyya Səfərova "SƏRHƏDÇİ" İdman Mərkəzinin bədii gimnastika, ümumi gimnastika və akrobatika üzrə "DƏSTƏGÜL" adlı turnirdə alətsiz iştirak edərək II yeri tutduğuna görə diplom, medal və hədiyyələrlə təltif olunmuşdur.
Şagirdimizi təbrik edirik və gələcək yarışlarda uğurlar arzulayırıq!
”AFFA" nın təşəbbüsü və təşkilatçılığı, " FİFA" və "UEFA" nın dəstəyilə "Məktəblərdə Futbol Dərsi" layihəsinə cəlb olunmuş məktəblər arasında minifutbol turniri.”AFFA" nın təşəbbüsü və təşkilatçılığı, " FİFA" və "UEFA" nın dəstəyilə "Məktəblərdə Futbol Dərsi" layihəsinə cəlb olunmuş məktəblər arasında minifutbol turniri keçirildi.
Keçirilən turnirdə fiziki tərbiyə müəllimlərinin rəhbərliyi ilə məktəbin şagirdləri iştirak edərək diplomla təltif olundular.
Şagirdlərimizi təbrik edirik və gələcək yarışlarda uğurlar arzulayırıq!
Premier Şahmat Mərkəzinin təşkil etdiyi yarış.Məktəbin 8a sinif şagirdi Ayxan Xatınov 16-19 may 2024- cü il tarixində Premier Şahmat Mərkəzinin təşkil etdiyi yarışda iştirak edərək II dərəcə turnirdə I yer tutduğuna görə kubok, medal və diplomla təltif olunub.
Şagirdimizi təbrik edirik və gələcək yarışlarda uğurlar arzulayırıq !