Türkiyədə keçirilən 13-cü Beynəlxalq İncəsənət müsabiqəsiMəktəbin 5r sinif şagirdi Dəniz Bəxtiyarlı Türkiyədə keçirilən 13-cü Beynəlxalq İncəsənət müsabiqəsində fortepiano üzrə II yerə layiq görüldüyü üçün diplomla təltif olunmuşdur.
Şagirdimizi təbrik edirik və gələcək yarışlarda uğurlar arzulayırıq !
Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş KYUKİSİN KARATE döyüş idman növü üzrə təşkil olunmuş festival.Məktəbin şagirdi Məqsəd Heydərli Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş KYUKİSİN KARATE döyüş idman növü üzrə təşkil olunmuş festivalda iştirak edərək I yerin qalibi olduğu üçün medal və sertifikatla təltif olunmuşdur.
Şagirdimizi təbrik edirik və gələcəkdə keçirilən yarışlarda iştirak edərək uğurlar qazanmağını arzulayırıq!
Bədii gimnastika üzrə açıq birincilik.Məktəbin 6c sinif şagirdi Ayşən İsmayılova Bədii gimnastika üzrə açıq birinciliyində top, halqa və çoxnövçülük alətlərlə iştirak edərək II yer tutduğuna görə medal və diplomla təltif olunmuşdur.
Şagirdimizi təbrik edirik və gələcəkdə keçirilən yarışlarda iştirak edərək uğurlar qazanmağını arzulayırıq!