Nailiyyətlərimiz

“Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi” mövzusunda tədbir.Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 dekabr tarixli 1938 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlər davam edir. A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin psixoloqu Sevil Ağayeva şagirdlərlə “Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi” mövzusunda tədbir keçirdi.

“1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günüdür” adlı tədbir keçirildi.A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin biologiya müəllimi Sevinc Alışanovanın təşkilatçılığı və 9 c sinif şagirdlərinin iştirakı ilə “ 1 dekabr - Ümumdünya QİÇS- lə mübarizə günüdür” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər insan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyinin yayılmasının qarşısının alınması haqqında məlumatlar verdilər və videoçarx izlədilər. Tədbirin sonunda şagirdləri mövzu ətrafında maraqlandıran sualları Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Mərziyyə Aslan və təşkilatın üzvü Ruhiyyə Aslanova cavablandırdılar.

“Yol hərəkət təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər Tədbir Planı”nın icrası.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.2020-ci il tarixli 230 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Yol hərəkət təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər Tədbir Planı”nın icrası ilə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Günel Fərzəliyeva 4 a sinif şagirdlərinin iştirakı ilə tədbir keçirdi. Tədbirdə müəllim yol hərəkət qaydaları barədə məlumat verdi.Şagirdlər yol nişanları haqqında şeirlər söylədilər, səhnəciklər nümayiş etdilər. Tədbir “Yol” mahnısının ifası ilə bitdi.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb 1966-cı ildən fəaliyyət göstərir. Məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Aysel Həsənova Mübariz

Rauf Mikayılov Zaur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi