Nailiyyətlərimiz

“Antinarkotikin təbliğatı” mövzusunda maarifləndirici tədbir.15.11.2022-ci il tarixində A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə “Antinarkotikin təbliğatı” mövzusunda X-XI sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirildi.Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə işlər üzrə köməkçisi, polis mayoru Ruslan Dəmirçiyev, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi polis mayoru Natiq Teymurov, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi Eltun İsayev iştirak etdilər.Məktəbin direktoru riyaziyyat elmi üzrə fəlsəfə doktoru Natəvan xanım Əsədova tədbir iştirakçılarını salamladı.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbir diskussiya şəklində keçirildi.Şagirdləri maraqlandıran suallar cavablandırıldı. Məktəbin direktoru qonaqların maraqlı söhbətlərinə görə öz minnətdarlığını bildirdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmrinə əsasən “7-dən 77-yə qədər vətənpərvər !” layihəsinin həyata keçirilməsi məqsədi ilə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi İradəBakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmrinə əsasən “7-dən 77-yə qədər vətənpərvər !” layihəsinin həyata keçirilməsi məqsədi ilə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Sədyarovanın rəhbərliyi ilə “Zəfər yolu” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı.Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Şagirdlər Şuşaya, qəhrəmanlığa, şəhidlərə, vətənə aid şeirlər səsləndirdilər,rəqs və mahnılar ifa etdilər.”Qarabağa” aid videotəqdimat izlənildi. Tədbir məktəbə dəvət olunan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, şairlər Kəmalə Ağayeva, Rafiq Yusifoğlu,İlham Qəhrəman öz şeirlərini oxumaqla davam etdi. Tədbirin sonunda məktəbin direktoru Natəvan xanım Əsədova tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik edərək, öz xoş arzularını bildirdi.Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirildi.

Azərbaycan-Qırğızıstan diplomatik əlaqələrinin 30 illiyinə həsr edilmiş “Qırğızıstan Azərbaycan rəssamların gözü ilə” adlı sərgi-tədbir.A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin 2 d sinif şagirdi Gülər Cəfərzadə Azərbaycan-Qırğızıstan diplomatik əlaqələrinin 30 illiyinə həsr edilmiş “Qırğızıstan Azərbaycan rəssamların gözü ilə” adlı sərgi-tədbirdə iştirak etdiyinə görə diplomla təltif olunmuşdur.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb 1966-cı ildən fəaliyyət göstərir. Məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Mollayeva Lalə Münasib

İlkin Ağayev Yadigar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi