Nailiyyətlərimiz

V-11 liqası üzrə 16 komandanın iştirak etdiyi “Zəfər Kuboku” turniri.Şirvansaray komandasının üzvü A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin 5 b sinif şagirdi İbrahimli Yusif V-11 liqası üzrə 16 komandanın iştirak etdiyi “Zəfər Kuboku” turnirində iştirak etdiyinə görə Təşəkkürnamə ilə təltif olunmuşdur. Təbrik edirik, uğurlar arzulayırıq !

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.10.2022-ci il tarixli F-316 nömrəli əmrinə əsasən poeziya yaddaşı olan görkəmli şair Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş açıq dərs keçirildi.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 10.10.2022-ci il tarixli F-316 nömrəli əmrinə əsasən poeziya yaddaşı olan görkəmli şair Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmasına dair A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Sədyarova 5 a sinif şagirdlərinin iştirakı ilə açıq dərs keçirdi.Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Müəllim şair haqqında maraqlı məlumatları şagirdlərin diqqətinə çatdırdı.Şagirdlər şairin həyat və yaradıcılığından danışdılar, videoçarx izlədilər, şeirlər söylədilər, şairin sözlərinə bəstələnmiş musiqilər dinlədilər.

Məktəb rəhbərliyi ilə pedoqoji şuranın iclası keçirildi.18.11.2022-ci il tarixində Pedoqoji Şuranın növbəti iclası keçirildi. İclasda 2022/2023 dərs ilinin ilk 2 ayı ərzində görülmüş işlər, risk qrupuna daxil edilmiş 9-cu sinif şagirdləri ilə aparılan işlərin təşkili, daxili nizam - intizam qaydalarına riayət olunma vəziyyəti, şagirdlərin qış məktəb geyimləri və dərsə davamiyyəti, şagirdlərin fənn olimpiada və müsabiqələrdə iştirakı,məktəbin fəaliyyət planına əsasən tədbirlərin həyata keçirilməsi vəziyyəti, KSQ və BSQ-lərin tərtibi,keçirilməsi və qiymətləndirilməsi, dərsdənkənar və sinif jurnallarında qeydlərin düzgün aparılması, məktəbdə gündəlik iş rejiminə düzgün riayət edilməsi barədə danışıldı.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb 1966-cı ildən fəaliyyət göstərir. Məktəb...

BİZİM FƏXRLƏRİMİZ

Adil Babayev Araz

Nihad Muxtarlı Arif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi