Qazi idman klubunun daxili birinciliyi.Məktəbin 4r sinif şagirdi Tofiq Əsgərov şəhid Qorxmaz Baxşıyevin xatirəsinə həsr olunmuş kiçik yaşlı yeniyetmələr arasında Qazi idman klubunun daxili birinciliyində 24 kq çəki dərəcəsində I yer tutduğuna görə medal və diplomla təltif olunub.
Şagirdimizi təbrik edirik və gələcək yarışlarda uğurlar arzulayırıq!
KUNG-FU idman növü üzrə Bakı birinciliyi.Məktəbin 10 d sinif şagirdi Fuad Əliyev Bakı birinciliyi KUNG-FU idman növü üzrə 80+ kq çəki dərəcəsində I yer tutduğuna görə medal və diplomla təltif olunub.
Şagirdimizi təbrik edirik və gələcəkdə keçirilən idman yarışlarında uğurlar arzulayırıq !
Türkiyədə keçirilən 13-cü Beynəlxalq İncəsənət müsabiqəsi.Məktəbin 6r sinif şagirdi Murad Bəxtiyarlı Türkiyədə keçirilən 13-cü Beynəlxalq İncəsənət müsabiqəsinin Xalq çalğı alətlərində “Azərbaycan ritmləri” üzrə I yerə layiq görüldüyü üçün diplomla təltif olunmuşdur.
Şagirdimizi təbrik edirik və gələcək yarışlarda uğurlar arzulayırıq !