Şagird Şurası

30.10.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə “Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar”ın icrası istiqamətində BMŞ üzvləri IX,X,XI sinif şagirdləri ilə görüşüblər. Akt zalında baş tutan bu görüşün məqsədi yuxarı sinif şagirdlərinə icraya qəbul edilmiş yeni pilot layihə barədə ətraflı məlumat vermək və könüllülük prinsipi və təlimat əsasında müəyyən edilmiş meyarlara görə Şagird Şurasını formalaşdıracaq üzvləri seçmək olub.

Görüş maraqlı müzakirələr formatında olub. Şagirdlər yeni layihəni maraq və böyük həvəslə qarşılayıblar. Bu işdə BMŞ üzvlərinə kömək etməyə könüllülük göstəriblər. Görüşün sonunda seçim əsasında Şagird Şurasının heyəti formalaşdırılıb. Şura üzvlərinə BMŞ heyəti tərəfindən onlarla keçiriləcək ilk görüşün vaxtı elan edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi