Bullinqə “yox” deyək!
29.10.2024-cü il tarixdə məktəbin akt zalında təşkilatçı Nigar Süleymanova və psixoloq Sevinc Abdullayeva tərəfindən “Bullinqə “yox” deyək!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə aşağı yaş kateqoriyasına daxil olan şagirdlər iştirak ediblər. Tədbirin məqsədi şagirdləri bullinq mövzusunda maarifləndirmək, hansı yanlış davranış formalarının bullinq hesab edildiyi və bullinqin yarada biləcəyi travmalar barədə danışmaq olub.