“Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi” istiqamətində uşaqlarla maarifləndirici söhbət
“Ümumi təhsil müəssisələrində şagird təhıükəsizliyi barədə” Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 08.10.2024-cü il tarixli təlimati məktuba əsasən məktəblərdə normal iş ahənginin qurulması, təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması, şagirdlərin, müəllimlərin və digər kollektiv üzvlərinin fiziki, psixoloji və sosial təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilməsi vacib tədbirlər çərçivəsində 26.10.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin təşkilatçısı Nigar Süleymanova və psixoloq Sevinc Abdullayeva V-VIII siniflərdə olaraq şagirdlərlə maarifləndirici söhbət aparıblar. Söhbətin məqsədi şagird-şagird, şagir-müəllim münasibətlərində bullinqin istənilən formasının qəbuledilməz olduğunu və sağlam, təhlükəsiz mühitin keyfiyyətli təhsil üçün vacibliyini bir daha şagirdlərin diqqətinə çatdırmaq olub.