Şagirdlərimiz “İçərişəhər “ Dövlət Tarix-Memarlıq Qoruğunda
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1729838227671b3c93497c22.69111506.jpg)
23.10.2024-cü il tarixdə məktəbimizin IX sinif şagirdləri sinif rəhbərləri və məktəbin təşkilatçısı Nigar Süleymanova ilə birlikdə “İçərişəhər” Dövlət-Tarix Memarlıq qoruğunda ekskursiyada olublar.
İçərişəhər əsrlər boyu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkandır. İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Bunu gələcək nəsillərə ötürmək üçün hər il keçirilən kütləvi tədbirlərdən biri də şagirdlərin oraya ekskursiyalarının təşkil edilməsidir. Belə gəzintilər şagirdlərdə milli ruhun, milli kimliyin formalaşmasında müstəsna rol oynayır.