IV siniflərdə monitorinq
25.10.2024-cü il tarixdə məktəbimizin IV sinif komplektlərində şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunadək şagirdlərdə riyaziyyat fənni üzrə müvafiq standartlar üzrə bilik və bacarıqların lazımi səviyyədə formalaşdırılması və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi məqsədi ilə monitorinq aparılıb.
Riyaziyyat fənni üzrə təlim nəticələrinin yoxlanılması istiqamətində təşkil edilmiş monitorinqdə şagirdlərə təqdim olunmuş tapşırıqlar ədədlər və əməllər məzmun xətlərini əhatə edib. Monitorinqin müddəti 90 dəqiqə olub.