V siniflərdə monitorinq
24.10.2024-cü il tarixdə məktəbimizin V sinif komplektlərində riyaziyyat fənni üzrə şagirdlərin bilik və bacarıqlarının monitorinqi aparılıb. 3 paralel sinif komplektində həyata keçirilən monitorinqdə suallar əsasən şagirdlərin IV sinif üzrə yiyələndikləri məzmun standartlarını əhatə edib. Monitorinq aparılan sinif otaqlarına öncədən nəzarətçi müəllimlər təyin edilib. Diaqnostik monitorinq obyektiv şəraitdə aparılıb.