ARTİ əməkdaşı məktəbimizdə
Müasir dövrdə cəmiyyətdə ən çox narahatlıq doğuran problemlərdən biri də məişət zorakılığı müstəvisində baş verən hadisələrdir. Bu cür hadisələrin baş verməsinin səbəbləri müxtəlif olsa da (sosial problemlər, erkən nikahlar, işsizlik və s) nəticələrdən ən çox əziyyət çəkənlər daha çox qadınlar və uşaqlar olur. Təcrübə göstərir ki, münaqişəli ailələrdə böyüyən uşaqların uşaqlıqdan aldıqları fiziki və psixoloji travmalar sonradan onların gələcək həyatlarında da mənfi şəkildə özünü biruzə verir. Bəzi hallarda isə bu cür uşaqlar əsəbi olur və psixoloji baxımdan əziyyət çəkirlər.
Bütün bu səbəbləri nəzərə alaraq, 17.10.2024-cü il tarixdə ARTİ-nin böyük elmi işçisi klinik psixoloq Günel Əhmədova məktəbimizdə olaraq IX, X, XI sinif şagirdləri, onların valideynləri və müəllimləri ilə görüşüb. Müzakirə şəraitində keçən görüşdə Günel Əhmədova şagird və valideynlərlə ayrı-ayrılıqda məişət zorakılığı və onun yaratdığı ağır nəticələr barədə danışıb. Valideyn və müəllimlərə şagirdlərin asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində tövsiyələr verib.