“Məktəblərdə ekologiya ayı” layihəsi çərçivəsində ağacəkmə aksiyası
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/172957171967172b8706e137.44011339.jpg)
Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə cari ilin oktyabr ayı ərzində ümumi təhsil müəssisələrində “Məktəblərdə ekologiya ayı” layihəsinin keçirilməsi nəzərdə tutulub. 17.10.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin IX sinif şagirdləri bu layihə çərçivəsində məktəbin həyətyanı sahəsində ağacəkmə aksiyası təşkil ediblər. Aksiya bitki örtüyünün vacibliyi, təbiətin qorunması, yaşıllıqların bərpası kimi şüarları özündə ehtiva edib. Ağacəkmə prosesində şagirdlərə məktəbin coğrafiya müəllimləri Şəlalə Səmədova və Aytən Məmmədova istiqamət veriblər.