18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü
2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi ki, bu qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.
1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev dövlətimizin müstəqilliyini əbədi və dönməz etdi. H.Əliyev ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.
Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisidir.
Müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində ulu öndərin yorulmaz səylərini bu gün ölkə prezidenti İlham Əliyev davam etdirir. Onun rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunub. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlət başçısının müəyyən etdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.
17.10.2024-cü il tarixdə məktəbimizin VI “A” sinif şagirdləri bu günün xatirəsinə həsr olunmuş dəyirmi masa təşkil ediblər. Tədbirdə məktəbin direktor müavini Mahirə Rüstəmova, təşkilatçı Nigar Süleymanova, müəllim Məsumə Cavadova və psixoloq Sevinc Abdullayeva iştirak ediblər. Şagirdlərin maraqlı təqdimatları dinlənilib.