Şagirdlərimiz Heydər Əliyev Mərkəzində
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, MÜTDA-nın təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin 11 yaşdan yuxarı şagirdləri üçün Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil edilib. 96 nömrəli məktəbin VI sinif şagirdləri müəyyən edilmiş qrafik əsasında 16.10.2024-cü il tarixdə Heydər Əliyev Mərkəzində olublar. Uşaqlar Mərkəzdə maraqlı və məhsuldar vaxt keçirib, xoş təəssüratlarla ayrılıblar.