Reproduktiv sağlamlıq istiqamətində “Mən və mənim əhatəm” adlı dərs
14.10.2024-cü il tarixdə reproduktiv sağlamlıq istiqamətində VIII sinif şagirdləri ilə “Mən və mənim əhatəm” adlı dərs keçirilib. Dərs oğlanlar və qızlar üçün ayrı-ayrı təşkil edilib. Dərs proqramı şagirdin sosial aləmdə münasibətləri, dostluq qurmaq bacarıqları, sosial əlaqələri və s mövzuları özündə ehtiva edib. Məktəbin psixoloqu Sevinc Abdullayeva uşaqlarla dərs prosesində yeniyetmə oğlan və qızlar arasında qurula biləcək dostluq münasibətlərinin mahiyyəti və sərhədləri barədə də müzakirələr aparıb.