Reproduktiv sağlamlıq istiqamətində “Təhlükəsiz informasiya mənbələri” adlı dərs
14.10.2024-cü il tarixdə reproduktiv sağlamlıq istiqamətində IX sinif şagirdləri ilə “Təhlükəsiz informasiya mənbələri” adlı dərs keçirilib. Dərs oğlanlar və qızlar üçün ayrı-ayrı təşkil edilib. Dərs proqramı şagirdlərin etibarlı informasiya mənbələrini ayırd etməsi, “intim” anlayışının izahı, müxtəlif situasiyalarda əldə ediləcək informasiyanın təhlükəsizlik kriteriyaları və s mövzuları özündə ehtiva edib. Məktəbin psixoloqu Sevinc Abdullayeva dərs prosesində yeniyetmə oğlan və qızların onları maraqlandıran sualları çəkinmədən verməsi üçün səmimi və rahat ortam yaradıb.