“Məktəbdə şagird təhlükəsizliyi” mövzusunda görüş

14.10.2024-cü il tarixdə məktəb mühütündə şagird təhlükəsizliyini təmin edəcək amillərin gücləndirilməsi və sağlam psixoloji mühütün qorunması məqsədi ilə 96 nömrəli tam orta məktəbdə IX,X və XI sinif şagirdləri ilə görüş keçirilib. Görüşdə iştirak edən məktəbin direktoru Mehriban Hacıyeva şagirdlərə “Sizin üçün məktəbdə hansı təhlükə motivi ola bilər?” və “Yarana biləcək təhlükələrin sizdən asılı səbəbləri nələr ola bilər?” şəklində suallar ünvanlayıb və onların bu mövzuda səmimi cavablarını dinləyib. Görüşün davamında uşaqlarla təhlükəsiz məktəb mühütü qurmaq istiqamətində onların öz iştirakı ilə görülə biləcək təhlükəsizlik tədbirləri müzakirə edilib. Görüşdə məktəbin təşkilatçısı Nigar Süleymanova, hərbi rəhbəri Aqil İsayev, psixoloqu Sevinc Abdullayeva və sinif rəhbərləri də iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi