10 oktyabr Psixi Sağlamlıq Günü

1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd olunması psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır. Həmin gün beynəlxalq psixiatriya təşkilatlarının tematik jurnalları buraxılır, hökumət strukturları və səhiyyə təşkilatlarına beynəlxalq hərəkatda iştirak etməyə çağıran müraciətlər göndərilir.

10.10.2024-cü il tarixdə məktəbimizin psixoloqu Sevinc Abdullayeva Psixi Sağlamlıq Günü ilə əlaqədar şagirdlərlə maarifləndirici görüş keçirib. Görüşdə Sevinc Abdullayeva şagirdlərə mövzu ilə bağlı video materiallar izlədib. O uşaqlara məlumat verərək, bildirib ki, sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaradır Psixi sağlamlığa nail olmaq üçün əsas məsələlərdən biri depressiv xəstəliklərin - şizofreniya, narkotik asılılığı, epilepsiya, əqli gerilik və Altsheymer xəstəliklərinin qarşısını almaqdır. Müasir həyatın tərkib hissəsinə çevrilən streslə mübarizə aparmaqdansa, onu “yaxına buraxmamaq” daha yaxşıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi