Təhsil Tələbə Kredit Fondunun əməkdaşları məktəbimizdə

07.10.2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Kredit Fondunun əməkdaşları məktəbimizdə olublar. IX, X və XI sinif şagirdləri ilə təşkil edilmiş görüşün məqsədi uşaqları Fondun fəaliyyəti barədə maarifləndirmək olub. Fondun əməkdaşları şagirdlərə Fondun onların ali təhsil alması üçün yarada biləcəyi bütün imkanlar barədə ətraflı məlumat veriblər.