“Uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi çərçivəsində növbəti maarifləndirmə
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/172794411366fe55b1443fd8.58181661.jpg)
96 nömrəli tam orta məktəbdə 2022-2023-cü tədirs ilindən icra edilməyə başlamış “Uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi bu il də öz işini davam etdirir. Uşaq hüquqlarının qorunması və rifahının daha səmərəli müdafiəsinə nail olmaq məqsədilə 2022-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə UNICEF-in birgə fəaliyyət planına əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihənin məktəbdə icrası təhsil mühitimizin sağlamlaşdırılması istiqamətində atılan mühim addımlardandır. Bu yeni tədris ilində layihənin mahiyyəti və yeni iş planı barədə şagirdləri bir daha maarifləndirmək məqsədi ilə məktəbin psixoloqu Sevinc Abdullayeva siniflərdə olub, şagirdlərlə söhbət aparıb. Sevinc Abdullayeva onlara dəhlizdə quraşdırılmış “dinləmə qutusu” vasitəsi ilə istənilən mövzuda koordinatora müraciət edə biləcəkləri barədə məlumat verib və bullinqin bütün formalarının səbəb olduğu mənfi təzahürlərdən danışıb.