Məktəbəhazırlıq qruplarında tədris prosesi
Oktyabrın 1-dən 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
96 nömrəli tam orta məktəbdə iki məktəbəhazırlıq qrupu 34 şagirdlə komplektləşdirilib.
Məktəbəhazırlıq təhsili uşaqlarda oxumaq həvəsini, onlarda məktəbə müsbət emosional münasibətin formalaşmasını və onların məktəbə müvəffəqiyyətlə adaptasiya olmasını təmin edir.
Məktəbəhazırlıq qruplarında təhsil alacaq bütün uşaqlara uğurlar arzu edirik!