“Könüllü valideyn” layihəsi yeni tədris ilində yenidən icrada

Artıq 3 ildir 96 nömrəli tam orta məktəbdə icra edilən “Könüllü valideyn, məhsuldar müəllim, xoşbəxt şagird” layihəsinin icrası bu il də davam etdiriləcək. Layihənin işinin başlaması məqsədi ilə 01.10.2024-cü il tarixdə I- IX sinifləri əhatə edən könüllü valideynlərin ilk iclası olub. İclası açan məktəbin təşkilatçısı Nigar Süleymanova ilk olaraq layihənin icra məqsədi və iş mexanizmi barədə layihə iştirakçılarına məlumat verib. Daha sonra 3 il müddətində məktəbdə könüllü valideyn kimi layihə çərçivəsində fəaliyyət göstərmiş təcrübəli valideynlər çıxış edərək öz iş təcrübələrini həmkarları ilə bölüşüblər. İclasın gedişində layihənin avantajları və icma ilə məktəb arasında yaratdığı sağlam əlaqələr haqqında müzakirələr aparılıb. Sonda bu tədris ilində layihədə ilk dəfə iştirak edəcək könüllülər müəyyən edilib və onların təlimlərə cəlb edilməsi üçün lazımı təlimatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi