Beynəlxalq Müəllim Günü ərəfəsində qabaqcıl müəllimlərin təltifi
01.10.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə 5 oktyabr-Beynəlxalq Müəllim Günü ərəfəsində bir qrup qabaqcıl müəllim səmərəli pedaqoji fəalliyyətinə və əmək intizamına görə təlim-tərbiyə işləri üzrə direktor müavininin təqdimatı və Əmək Məcəlləsinin 185-ci bəndinə əsaslanan daxili əmrlə həvəsləndirmə tədbirləri çərçivəsində Fəxri Fərmanla təltif olunublar. Fəxri Fərmanlar müəllimlərə məktəbin direktoru Mehriban Hacıyeva və təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova tərəfindən təqdim edilib. Müəllimlərlə xatirə fotosu çəkilib.