“Şagird davranış qaydaları” çərçivə sənədinin icrası
2022/2023-cü tədris ilində ilk dəfə respublikanın 62 ümumi təhsil müəssisəsindən biri kimi pilot olaraq tətbiqinə başlanılmış “Şagird davranış qaydaları” çərçivə sənədinin icrası 96 nömrəli tam orta məktəbdə bu tədris ilində də davam etdiriləcək. Yeni tədris ilinin ilk tanıtım tadbiri məktəbin təşkilatçısı Nigar Süleymanova tərəfindən 01.10.2024-cü il tarixdə keçirilib. Nigar Süleymanova məktəbin 35 sinif komplektinin hər birində olaraq, sinif müəllimi və ya sinif rəhbəri ilə birgə sinif otaqlarında divara vurulmuş çərçivə sənədinin məzmunu, əhəmiyyəti, yaratdığı məsuliyyət, müəyyən etdiyi rəğbətləndirmə və korreksiya tədbirləri barədə şagirdlərə bir daha ətraflı məlumat verib.