V sinif şagirdlərinin “həyacanlılıq” diaqnostikası
2024-2025-ci tədris ilində məktəbimizdə beşincilər 88 nəfər olmaqla 3 sinif komplektində komplektləşdirilib. Hər tədris ilində olduğu kimi bu il də beşincilərin növbəti təhsil səviyyəsinə keçmələri ilə əlaqədar onların yeni mühitə adoptasiyası məsələləri məktəb rəhbərliyinin və müəllimlərin diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlərdən biri də 24.09.2024-cü il tarixdə məktəb psixoloqu Sevinc Abdullayevanın onlarla apardığı “Həyacanlılıq səviyyəsinin müəyyən edilməsi” adlı diaqnostika və korreksiya məşğələsi olub.