Antiterror əməliyyatının ildönümü
Hərb tariximizin ən parlaq səhifələrindən olan antiterror əməliyyatından bir il ötüb.19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. 19.09.2024-cü il tarixdə 10”A”sinfinin şagirdləri Azərbaycan tarixi dərsində müəllimləri Nəzakət Əzizzadə ilə birlikdə şanlı tariximizin bu qəhrəmanlıq səhifəsini bir daha vərəqləyiblər.