Antiterror əməliyyatında şəhid olan igidlərimiz

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.

19.09.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanlar yad edilib. Şəhid Vaqif Rəcəbovun adını daşıyan 6 “A” sinifində ilk dərs şəhidlərə həsr olunub. Vaqif Rəcəbov 23.02.1982 ci ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini Naxçıvan 7 nömrəli tam orta məktəbdə alıb. Sonra Naxçıvan Cəmşid Naxçivanski adına hərbi liseydə oxuyub. Naxçıvan Daxili qoşunlarında işləyib. Rəcəbov Vaqif Yaqub oğlu 20 sentyabr 2023-cü il tarixində Ağdərə istiqamətində antiterror əməliyyatı zamanı şəhid olub. O, Gəncə Daxili Qoşunlarının Xüsusi Təyinatlılarında kəşfiyyatçı gizir olub. Şəhidin qızı Aytən Rəcəbova yaxın tarixədək 96 nömrəli tam orta məktəbin şagirdi olub. 6 “A” sinif şagirdləri öz təqdimatları və şeirləri ilə Vaqif Rəcəbovun əziz xatirəsini böyük qürurla anıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi