COP29-a ev sahibliyi etmək nə üçün əhəmiyyətlidir?

19.09.2024-cü tarixdə 96 nömrəli tam orta məktəbin kitabxanasında “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində “COP29-a ev sahibliyi etmək nə üçün əhəmiyyətlidir?” adlı tədbir keçirilib. Tədbiri məktəbin coğrafiya müəllimi Şəlalə Səmədova təşkil edib.Tədbirdə məktəbin yuxarı sinif şagirdləri, təşkilatçı Nigar Süleymanova, kitabxana müdiri Ofeliya İsmayılova, kitabxanaçı Təranə Cəfərova iştirak ediblər.Tədbir maraqlı diskussiya şəraitində keçib. Dinlənilən şagird təqdimatlarında əsas fikir ondan ibarət olub ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun parlaq ifadəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi