“Bilik Günü” tədbiri

16.09.2024-cü il tarixdə respublikamızın bütün dövlət ümumi təhsil müəssisələrində, o cümlədən, 96 nömrəli tam orta məktəbdə “Bilik Günü” tədbiri keçirilib. Tədbir saat 08.00-da Azərbaycan dövlət himninin səslənməsi ilə başlayıb. Məktəbin direktoru Mehriban Hacıyeva hər kəsi salamlayaraq, şagirdləri, müəllimləri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. Çıxış edən direktor müavinləri və müəllimlər məktəbin uğurlarından və gələcək hədəflərindən söz açıblar. Ötən tədris ilinin yüksək qəbul nəticəsi göstərmiş məzunlarının valideynləri də tədbirdə iştirak ediblər. Məktəbə yeni qədəm basmış birincilərin şeir ifasından sonra 2024-2025-ci tədris ilinin ilk zəngi çalınıb. Uşaqlar zəng sədaları altında sinif otaqlarına daxil olublar. Beləcə şagirdlərin həyatında yeni bir tədris ilinin həyacan və ümid dolu yeni bir səhifəsi başlayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi