Fənn birləşmələrinin silsilə iclasları
Yeni tədris ilinin başlanması ilə əlaqədar 96 nömrəli tam orta məktəbdə ötən həftə fənn birləşmələrinin silsilə iclasları keçirilib. İclasların məqsədi sədr və metodbirləşmə üzvləri ilə birgə fənn birləşmələrinin növbəti tədris ili üçün fəaliyyət planının əsas istiqamətlərini müəyyənləşdirib, planı tərtib etmək, üzvlər arasında iş bölgüsü aparmaq, qarşılıqlı dərs dinləmələrin məqsədini, meyarını və qrafikini müəyyən etmək, əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək fəaliyyətləri müəyyən etmək və s. olub. İclas müddətində protokol tərtib edilib və fənn birləşmələrinin qovluğuna əlavə edilib.