Yeni təyinat almış gənc müəllimlərin andiçmə mərasimi

2024-2025-ci tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu tədris ilində 6 nəfər gənc müəllim MİQ imtahanından yüksək nəticə əldə edərək məktəbimizdə vakant müəllim yerlərinə təyinat alıblar. Müəllimlərdən ikisi müddətli, digərləri isə daimi əsaslarla işə qəbul olunublar. 12.09.2024-cü il tarixdə məktəb rəhbərliyi və fənn birləşmə sədrlərinin iştirakı ilə yeni təyin edilmiş müəllimlərin andiçmə mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Mehriban Hacıyeva müəllimləri təyinatları münasibəti ilə təbrik edib, onlara seçdikləri bu şərəfli və çətin yolda uğurlar arzu edib. Daha sonra müavinlər və təcrübəli müəllimlər gəncləri salamlayıb, onlara dəyərli tövsiyələr veriblər. Gənc müəllimlərin təqdimatından sonra onların andiçmə mərasiminə keçid alınıb. Hər bir müəllim tribunada “Müəllim andı”-nı içdikdən sonra, müqəddəs üçrəngli bayrağımızı öpüb, alınlarına qoyublar. Onlar tutduqları bu şərəfli yola beləcə ilk addımlarını atıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi