2024-2025-ci tədris ilinin ilk Pedaqoji Şura İclası keçirilib

11.09.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə ilk Pedaqoji Şura İclası keçirilib. İclasda iştirakın yetərsaylığı nəzərə alınaraq ilk olaraq şura katibi seçilib. Daha sonra iclasın gündəliyi elan olunub. Sentyabr Şurasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Ötən tədris ilinin yekunları, yeni dərs ilində pedaqoji heyətin qarşısında duran məsələlər.-Direktor Mehriban Hacıyeva

2. 2024-2025-ci tədris ili üçün məktəbin “Fəaliyyət Planı”nın müzakirəsi və təsdiqi-Direktor Mehriban Hacıyeva

3. Müəllimlərin dərs yükü, sinif rəhbərlərinin, fənn birləşmə sədrlərinin, məktəbəhazırlıq və günüuzadılmış qrup rəhbərlərinin, dərnək rəhbərlərinin təyin edilməsi, təmayül siniflərin təşkili, 1-ci siniflərin komplektləşdirilməsi, 10-cu siniflərin komplektləşdirilməsi, yay tədris tapşırıqlarının nəticələri.-Təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova

4. Ötən tədris ilinin buraxılış və qəbul imtahanlarının nəticələrinin təhlili.-Təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova

5. Yeni tədris ilinə məktəb və məktəb inventarlarının hazırlıq vəziyyəti.- Təsərrüfat işləri üzrə direktor müavini Aşafatma Ağakişiyeva

6. Yeni tədris ilində məktəb şagirdlərinin dərsliklərlə təminatı vəziyyəti-Kitabxana müdiri Ofeliya İsmayılova

7. Valideyin icması ilə işin təşkili-Təşkilatçı Nigar Süleymanova

8. Şagirdlərin yeni tədris ilində məktəbli formaları ilə təminatı vəziyyəti-Təşkilatçı Nigar Süleymanova

Məruzələr dinlənildikdən sonra hər məsələ üzrə müəyyənləşdirilimiş qərarlar müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi