“Son zəng” səslənib…

14.06.2024-cü il tarixdə ümumi təhsil müəssisələrində son dərs günü olub. Ənənəyə sadiq olaraq 96 nömrəli tam orta məktəbin həyətində də məzunlar üçün “Son zəng” tədbiri keçirilib. Tədbir dövlət himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Məktəbin direktoru Mehriban Hacıyeva qonaqları salamlayaraq, valideynləri, müəllimləri və şagirdləri bu əlamətdar gün münasibəti ilə təbrik edib, 4 sinif komplektindən məzun olan 90 nəfər 11-ci sinif şagirdinə atıldıqları müstəqil həyat yolunda uğurlar arzu edib. Daha sonra direktor müavinləri Mahirə Rüstəmova və Nigar Süleymanova öz çıxışlarında məktəbin bu tədris ilində əldə edilmiş uğurlarından söz açıblar. Çıxışlar yekunlaşdıqdan sonra söz məzunlara verilib. Təqdimatlar son zəngin sədaları altında sona çatıb. XI-lər biliklərin simvolu olan açarı I-lərə təqdim ediblər. Körpə fidanlar onları gül-çiçəklə yola salıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi