Təqaüd yaşına çatmış müəllimlərimiz “Təşəkkürnamə” ilə təltif olunublar

12.06.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə rəhbərliklə təqaüd yaşına çatmış müəllimlərin görüşü olub. Görüşdə öz ömrünün uzun illərini bu məktəbdə həyata keçirilən təlim-tərbiyə prosesinə sərf etmiş, müəllim adını uca tutaraq səmərəli pedaqoji fəaliyyətlə məşğul olmuş təqaüd yaşına çatmış müəllimlər rəhbərlik tərəfindən təşəkkürnamə ilə təltif olunublar. Eyni zamanda 2022-2023-cü tədris ilində müddətli müqavilə ilə məktəbə gəlmiş və ilk pedaqoji fəaliyyətlərini bir il müddətinə burada həyata keçirmiş iki gənc müəllimə də məktəbin direktoru tərəfindən diplom təqdim olunub. Rəhbərlik öz pedaqoji fəaliyyətlərini sonlandırmağa hazırlaşan müəllimlərə xoş arzularını ifadə edərək onlara uzunmüddətli məhsuldar əməyə görə inzibati və pedaqoji heyət adından minnətdarlığını ifadə edib. Gənc müəllimlərə isə gələcək işlərində köməyə çatacaq tövsiyələr verilib və uğur arzulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi