XI sinif şagirdlərinin valideynləri ilə görüş
04.06.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin akt zalında XI sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. Görüşün məqsədi bir neçə gündən sonra məzun olacaq şagirdlərin valideynlərinə “Son zəng” tədbirinin təşkili ilə əlaqədar BŞTİ-nin müvafiq təlimatını çatdırmaq, tədbirin formatı və tədbir zamanı şagirdlərin əməl etməli olduqları qaydalar barədə onları bir daha məlumatlandırmaq olub. Eyni zamanda şagirdlərin yekun qiymətləndirmə ərəfəsində olduğu cari dövrdə BSQ-lərin hər hansı birində üzrlü və ya üzrsüz səbəbdən iştirak etməyən 11-cilərin valideynlərinə qiymətləndirmə ilə bağlı prosedural addımlar da izah edilib.