“Hüquqlarımızı tanıyaq, hüquqi biliklərimizi artıraq” mövzusunda tədbir
04.06.2024-cü il tarixdə məktəbin təşkilatçısı Nigar Süleymanova və psixoloqu Sevinc Abdullayeva tərəfindən şagirdlərin iştirakı ilə “Hüquqlarımızı tanıyaq, hüquqi biliklərimizi artıraq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə gənclərin konstitutsiya ilə müəyyən edilmiş hüquqları, bu hüquqlardan istifadə etməklə sağlam həyat tərzinin təmin olunması, uşaq və gənclər arasında sağlam mühitin qurulması istiqamətlərində müzakirələr təşkil olunub. Şagirdlər müzakirələrdə fəal iştirak ediblər.
#İnsanHüquqlarıAylığı
#HumanRightsMonth