Korrupsiyaya qarşı mübarizə mövzusunda təlim
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində dövlət qurumlarında korrupsiyaya qarşı mübarizə istiqamətində məlumatlandırma, maarifləndirmə xarakterli tədbirlər silsiləsində 03.06.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbdə bütün pedaqoji, texniki və inzibati heyət üçün tədris başa çatdıqdan sonra 1 saatlıq təlim keçirilib. Təlim məktəb rəhbərliyi tərəfindən təşkil olunub.Təlimdə heyət Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu ilə tanış edilib, korrupsiya anlayışı, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, korrupsiyanın qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə yaranacaq məsuliyyət məsələləri barədə ətraflı məlumatlandırılıb.