1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü
30.05.2024-cü il tarixdə 96 nömrəli tam orta məktəbin həyətində 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir eyni zamanda məktəbəhazırlıq qruplarının və IV siniflərin buraxılışına həsr olunub. Tədbirdə 0”A”, 0”B”, 1”A”, 1”B”, 2”C”, 4”A”, 4”B”, 4”C” sinif şagirdlərinin ifasında şeirlər, mahnılar dinlənilib, rəqslər təqdim olunub. Şənlik zamanı dördüncü sinif şagirdləri və onların valideynləri arasında “Ailəm və məktəbim” layihəsi çərçivəsində rəsm müsabiqəsi təşkil olunub. Qalib şagird və valideynlər diplomlarla təltif olunublar.
#İnsanHüquqlarıAylığı
#HumanRightsMonth