Kiçik Akademiyanın ikinci yarım il üçün hesabat konfransı

Məktəbimizin Kiçik Akademiyası məhsuldar fəaliyyətinin hesabatı kimi tədris ili ərzində iki dəfə-birinci yarım ilin və ikinci yarım ilin sonunda hesabat konfransı təşkil edir. Akademiyanın prezidenti Nigar Süleymanovanın rəhbərliyi altında Kiçik Akademiyada təbiət, texniki və humanitar kafedralar fəaliyyət göstərir. 29.05.2024-cü il tarixdə Kiçik Akademiyanın ikinci yarım il üçün hesabat konfransı keçirilib. Konfransda kafedralar üzrə elmi rəhbərlərin koordinatorluğu altında istedadlı şagirdlərimizin “Uzun müddət işğal altında qalmış torpaqlarımızda baş vermiş ekoloji terror” və “COP29 Azərbaycanda” mövzularında araşdırmaları və hesabatları dinlənilib. Hesabat konfransı işgüzar və məhsuldar şəraitdə işini başa vurub

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi