Şagirdlərimiz “Baku EduEXPO” beynəlxalq təhsil sərgi-satış yarmarkasında
Təhsilin İnkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının və"Baku Design Academy"nin birgə təşkilatçılığı ilə 24 və 25 may 2024-cü il tarixlərində Dədə Qorqud parkında "Baku EduEXPO" beynəlxalq təhsil sərgi-satış yarmarkası keçirilib. Sərgidə beynəlxalq universitetlər, özəl təhsil müəssisələri, ixtisasartırma kursları və təhsil ləvazimatlarının istehsalı və satışı fəaliyyəti ilə məşğul olan 50-dən çox şirkət təmsil olunub. Məktəbimizin IX,X və XI sinif şagirdlərindən ibarət bir qrup şagird təşkilatçı Nigar Süleymanova ilə birlikdə sərgidə iştirak ediblər. Uşaqlar sərgidən xoş təəssüratlarla ayrılıblar.