28 May-Müstəqillik Günü
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/17170431946657fffa4891d8.60796256.jpg)
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.
Müstəqillik Günü artıq 3 ildir ki, Azərbaycanda işğaldan azad olunan Qarabaq torpağında da qeyd olunur.
1917-ci il Rusiya inqilabı nəticəsində çar imperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət quruldu.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Bu şərəfli günü şagird yaddaşında əbədiləşdirmək, şanlı tariximizi yaşatmaq üçün 27.05.2024-cü il tarixdə məktəbimizin akt zalında Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir rəsmi və bədii hissədən ibarət olub. Rəsmi hissədə çıxışlar dinlənilib, video materiallar nümayiş etdirilib. Bədii hissədə uşaqların maraqlı ifaları izlənilib. Tədbirin sonunda ilboyu məktəbin ictimai işlərində fəallıq göstərən şagirdlər Müstəqillik Günü münasibəti ilə diplomlarla təltif olunublar.